|
|||||||||
Son Xəbərlər
04.10.11
|
Sentyabrın 29-da Azad İqtisadiyyata Yardım İctimai Birliyi Gəlirlərə Nəzrət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi “Dövlət investisiyaları diversifikasiya işığında” regional layihəsi üzrə yekun konfrans keçirib.Yekun konfransda Azərbaycanda dövlət investisiya siyasətinin iqtisadi diversifikasiya planlarına, dövlət investisiya fəaliyyətinin və dövlət investisiya siyasətinə uyğunluğunun tədqiqatına və hökumətə yönəlmiş tövsiyyələrə həsr edilmiş “Dövlət investisiyaları diversifikasiya işığında” nəşri təqdim edildi. |
13.09.11
|
Azad İqtisadiyyata Yardım İctimai Birliyi və Asiya İnkişaf Bankı üzrə QHT Forumu 1-2 oktyabr 2011-ci il tarixdə Bakıda "Səmərəli hesabatlıq və şəfaflıq: Beynəlxalq maliyyə institutlarının Azərbaycanda (Qafqazda) rolu" mövzusunda bilik və bacarıqların artırılması seminarı təşkil edəcək. Seminarda aşağıdakı sahələr üzrə fəaliyyət göstərən QHT nümayəndələri dəvət olunurlar: |
07.09.11
|
Sentyabrın 7-də Ali Məhkəmədə və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində “Qış Parkı” adı altında paytaxtın Fizuli küçəsində evləri sökülən iki sakinin iddialarına baxılıb. Ali Məhkəmədə hakim İslam Əliyev sədrliyi ilə keçən prosesdə Fizuli küçəsi 44 ünvanında yaşayan İsmayıl Əliheydər oğlu Baqvanovun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına verdiyi kassasiya şikayəti təmin olunmayıb. Bakı Şəhər Apellyasiya Məhkəməsi 11 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının ona aid olan torpağın və onun üstündəki əmlakın hər kv. metri üçün 5000 manat və ona dəymiş mənəvi zərərə görə 30.000, maddi ziyana görə isə 20.000 manat konpensasiya tələbini qismən təmin edərək, iddiaçıya hər kv. metr üçün 1500 manat ödənməsi ilə bağlı qərar çıxarıb. |
23.12.10
|
Mülkiyyət toxunulmazlığı haqqında konstitusiya norması olsa da, mülkiyyət hüququ dövlət strukturları tərəfindən dövlət ehtiyacları bəhanəsi ilə pozulur. Bu zaman ədalətli kompensasiya almaq üzrə mülkiyyətçi hüquqları da pozulur. Bu gün təqdimat keçirən Azad İqtisadiyyata Yardım İctimai Birliyinin (AİYİB) ekspertləri bu qənaətə gəlib. 15 dekabr 2010-cu ildə AİYİB-in təşkil etdiyi ictimai müzakirədə birliyin hüquqşünası Şəfa Camalzadə ölkədə mülkiyyət hüququnun qanunvericilik və hüquqi əsasları barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, müxtəlif normativ-hüquqi sənədlərdə bir sıra ziddiyyətlər olsa da, onlar dövlətin və mülkiyyətçinin maraqları arasında balansı qorumağa yönəldilib. Amma Ş.Camalzadənin sözlərinə görə, dövlət qurumları tərəfindən (Bakı ŞİH, "Azəryolservis" ASC) şəxsi mülkiyyətə müdaxilə zamanı qanunla nəzərdə tutulan addımlar atılmayıb. |
Nəşrlər
11.05.12
|
Bakıdakı söküntülərin xəritəsi və statistikası üzrə hesabatımız artıq 2 dildə çapdan çıxıb. Onun elektron versiyası hazırdı. 2011-ci il üzrə hesbatımız da bu günlərdə çapdan çıxacaq. Hər iki nəşr mayın 18-də Park inndə keçiriləcək sərgidə paylanılacaq. |
![]() |
11.10.11
|
Bu hesabat Azad İqtisadiyyata Yardım İctimai Birliyinin (AİYİB) “Mülkiyyət hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində hazırlanıb. Hesabata Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı qanunvericilik bazasının təhlili, mülkiyyət hüquqları pozuntularının xarakteri, dövlət qurumlarının hərəkətləri ilə bağlı şərhlər, 2010-cu ildə və 2011-ci ilin birinci rübündə mülkiyyət hüquqlarının pozulmasl halları və məhkəmə işlərindən nümunələr daxil edilib. Hesabatda yer alan məlumatlar rəsmi sənədlərə, mülkiyyət hüquqları pozulan vətəndaşlarla müsahibələrə, onların məhkəmə iddialarına, məhkəmələrin çıxardığı qətnamə və qərardadlara əsaslanır. |

17 aprel 2012-ci ild AİYİB Bakıda mülkiyyət hüquqlarının pozulmasının xəritəsi və statistikası adlı mətbuat konfransı keçirib. Böyük Britaniya səfirliyini maliyyə dəstəyi ilə həyata keçirilən layihənin bir hissəsi olan konfransda ictimaiyyətə sökülən evlərin statistikası, eləcə də ərazilərin xəritəsi təqdim olunub.
