ARDNF "CƏNUB QAZ DƏHLİZİ" QSC-NİN 917,32 MİLYON DOLLARLIQ BORC KAĞIZLARINI ALACAQ

Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsi "Cənub Qaz Dəhlizi" QSC-nin 917,32 milyon dollar dəyərində təmin olunmamış, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 dollar olan 9 173 208 istiqraz buraxılıb. Yerləşdirmənin anderrayteri kimi "PSG-Broker" MMC çıxış edir.

İstiqrazların dövriyyə müddəti 10 ildir, gəlirlilik olduğu halda – altıaylıq Libor üstəgəl 1 faiz. Faizlərin ödənməsi hər yarm ildən bir həyata  keçiriləcək.

Fevralda prezident İlham Əliyev "Şahdəniz" qazkondensat yatağının ikinci mərhələsinin layihələrinin effektiv idarə edilməsi, Cənubi Qafqaz qaz kəmərinin, Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərlərinin genişləndirilməsi üçün QSC-nin yaradılması barədə sərəncam imzalayıb. QSC-də iştirak payının 51 faizi dövlət mülkiyyətində, 49 faizi – ARDNŞ-də (Azərbaycan Dövlət Neft Şirkəti) olacaq.

Azərbaycan Dövlət Neft Fonduuna (ARDNF) birbaşa dövlət mülkiyyətində olan QSC-də pay iştirakını maliyyələşdirməni təmin etmək tapşırılıb.

Pay iştirakının maliyyələşdirilməsi üçün cəmiyyətə təqdim ediləcək vəsaitlər qaytarılma şərti ilə uzun müddətli investisiyalar şəklində təmin ediləcək. «Cənub Qaz Dəhlizi» - Avropaya karbohidrogen nəqlini mənbələrini diversifikasiya etməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın timsalında yeni bazar əldə etməyə imkan verən layyihədir.

2013-cü ilin dekabrın 17-də azərbaycanın dəniz qaz-kondensat yatağı «Şahdəniz»in işlənilməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarı qəbul edilib, bu yataqdan 10 mlrd kubmetr həcmində qaz Avropa bazarına gedəcək.

1,2 trln kub metr sübut olunmuş ehtiyatlarla «Şahdəniz» dəniz yağatının işlənilməsinə dair müqavilə 1996-cı ilin iyunun 4-də imzalanıb.

«Şahdəniz» yatağının işlənilməsinə dair tərəfdaşlar 16,7% pay iştirakı ilə SOCAR, Britaniyanın BP (28,8%), Norveçin Statoil (15,5%), İranın NICO (10%), Fransanın Total (10%), Rusiyanın LUKoil (10%), Türkiyənin TPAO (9%) şirkətləridir.