Haqqımızda

Tarixi Xülasə: 

Azad İqtisadiyyata Yardım İctimai Birliyi 2004-cü il Yanvarın 5-ində təsis edilib və 2006-ci il, 26 mayda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. AİYİB tam olaraq qeyri-kommersiya əsasında fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Təşkilatın missiyası azad ticarət və yaxşı idarətetmənin təmin olunmasına dəstək verməkdir.

Təsis olunduqdan sonra, 2004-2006-ci illərdə təşkilat Açıq Cəmiyyət Fondununu  Bakı-Tbilisi-Ceyhan Boru xəttinin QHT Monitorinq/Audit proqramında fəal iştrak edib. Təşkilat 2005 –ci ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT)Üzrə QHT Koalisiyasına qoşuldu və 2006-ci ildə Milli Büdcə Qrupunu təsis edən 9 QHT-dən biri oldu.  2010-2012-ci illərdə AİYİB-in idarə heyətinin sədri ADB üzrə QHT Forumun Beynəlxalq Komitəsinin üzvü və MSŞT üzrə Koalisiyanın koordinatoru seçildi.

AİYİB 2008-ci ildə ADB üzrə QHT forumunun (qərargahi Manilada yerləşir), 2010-cu ildə Avropa Birliyinin Şərq Tərətdşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun və Cənubi Qafqaz İnsan Haqları Müdafiyəçilləri Şəbəkəsinin, və 2013-cü ildə SİCİVUS-un üzvü oldu. 2009-cu ildən etibarən Qara Dəniz QHT Forumunda iştrak etməyə başladı. AİYİB beynəlxalq şəbəkələrdə aktiv iştrak etməklə özünə çoxlu tərəfdaş qazanıb və müştərək layihələrdə iştrak edib. Gəlirləri İzləmə İnstitutu, Fridrix Nauman Fondu, Atlas İqtisadi Tədqiqat Fondu, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu, Ukrayna İqtisadi Tədqiqat və Siyasət Konsaltinqi Mərkəzi, İnsan Hüquqlarına Nəzarət, Norveç İnsan Hüquqları Evi Fondu, İnsan Hüquqları üzrə Polşa Helsinki Fondu bu cür tərəfaşların sırasındadır.

Struktur: 

AİYİB Azərbaycanın QHT qanunvericiliyinə və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə əsasən fəaliyyət göstərir. Təşkilatın ali qərar verici orqanı bütün üzvlərin də iştrak etdiyi Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq ildə 2 dəfə toplanır və təşkilatın Nizamnaməsi, ümumi fəaliyyət xəttini müzakirə edir və 2 illik  sədri, idarə heyyətini seçir. İdarə heyyəti 5 nəfərdən ibarətdir.

İdarə heyəti hər rüb iclas keçirir və təşkilatın strateji məqsədləri, proqramın istiqamətlərini, maliyyə hesabatını təsdiq edir. Sədrdən başqa digər heyət üzvləri işçi heyətinin üzvü ola bilməzlər amma məsləhətçi və ya mütəxəssis kimi xidmət göstərə bilərlər.

İdarə heyəti öz hesabatını Ümumi Yığıncağa təqdim edir. ÜY-ın və İH-nin iclasları qeydə alınır. İdarə heyətinin carı fəaliyyəti sədr tərəfindən idarə olunur.

 

 

 Əsas Proqramlar:

1)      Azad Ticarət 

Bu proqram  iqtisadi azadlıq, malların, investisiyaların və insanların azad hərəkəti ilə əlaqədar məsələləri əhatə edir.  Bu layihələrdən biri “Sərhədlərin Xərcləri” dir və Ukrayna və Gürcüstan tərəfdaşları ilə birlikdə “Qara Dəniz Regionunda mallaların, investisiyaların və insanların azad hərəkəti” başlıqlı tədqiqat aparıblar və 3 ölkədə konfrans keçiriblər. Bu proqram üzrə layihələr GMF-in Qara Dəniz Regional Əməkdaşlıq Proqlarmı , Atlas ERF və Fridrix Nauman Fondu tərəfindən dəstəklənirlər.

2)      Şəffaflıq və hesabatlılıq.

Bu təşkilatın ən böyük proqramıdır. Bu proqramın əsas istiqamətləri büdcə vəsaitlərinin və investisiyaların şəffaflılığı və effektivliyi, və həmçinin MSŞT və Açıq Hökümət Tərəfdaşlığı, dövlətin hesabatlılığı kimi məsələlərdir.  Təşkilat bu sahətə 20-dən çox layihə həyata keçirib, tədqiqatlar aparıb, videolar və hesabatlar hazırlayıb. Bu proqram üzrə layihələr OSİAF (Azərbaycan), Gəlirləri İzləmə İnstitutu, Avropa Kommisiyası, Oksfam BB, Oksfam Novib, ABŞ və Norveç səfirliyi tərəfindın maliyyələşib.

3)      Mülkiyyət hüquqları.

AİYİb bu sahədə fəaliyyət göstərən əsas QHT-dir. Azərbaycanda neft bumundan sonra, geniş şəhər yenidənqurması üzrə dövlət layihələrnin həyata keçirilməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulmağa başladı. AİYİB bu məsələyə iqtisadi azadlıq prizmasından yanaşır.  Bu proqrama mülkiyyət hüquqlarının monitorinqi, illik hadisə hesabatlarının, statistika və xəritənin hazırlanması, ictimai maarifləndirmə,  bu sahədə elm və bacarıqların artırılması, hüquqi yardım, məhkəmə müdafiəsi, strateji işlərin hazırlanıb  AİHM-nə göndərilməsi, yerli və beynəlxalq səviyyədə vəkillilik kampaniyası kimi fəaliyyətlər daxildir. Hal-hazırda təşkilat bu proqam üçün ayrıca portal hazırlayıb (www.propertyrights.az).  Bu proqram üzrə layihələr NED, Avropa Kommisiyası, Açıq Cəmiyyət İnstitutu (Budapeşt) və Böyük Britaniya səfirliyi tərəfindın dəsdəklənir.

4)      İqtisadi Diversifikasiya.

Bu Proqram Gəlirləri İzləmə İnstitutunun təşəbbüsüdür və  tərəfdaş təşkilatlarla birgə bir çox neft ölkələrində həyata keçirilib.  Bu proqram çərçivəsində Gİİ-nun metotologiyası əsasında geniş tədqiqatlar aparılır. Hal-hazırda bu proqramla əlaqədar vəkillilik kampaniyası hazırlanır.

 Nailiyyətlər:  

Təşkilatın fəaliyyəti dövründə əldə etdiyi əsas nailiyyətləri aşağıdaki kimi ümumiləşdirmək olar:

- MSŞT üzrə QHT Koalisiasında, Azərbaycanda müsbət nüfuza malik Milli Büdcə Qrupunda, həmçinin beynəlxalq səviyyədə fəaliyyət göstərən ADB üzrə, AB Şərq Tərəfdaşlığı üzrə və Qara Dəniz üzrə QHT forumunda üzün müddətli, fəal iştrakçılıq 

- siyasət sənədi,hesabatlar, tədqiqatların hazırlanması, və onların mediya və ictimai müzakirələrə çıxarılması, parlament üzvlərinin maraqlarının cəlb olunması. Mediyada və beynəlxalq səviyyəli hesabatlarda AİYİB-in məhsullarına edilən istinadlar buna sübutdur

- AİYİB-in bir çox vəkililik ideyaları dövlət tərəfindən icra olunması. Məsələn: dövlət investisiyalarının qanuni çərçivəsinin inkşaf etdirilməsi, dövlət investisiya layihələrinin büdcə zərfinə daxil edilməsi, vətəndaşların evlərinin  sökülməsi zamanı və torpaqların dövlət ehtiyacı və şəhər planlaşdırılması üçün müsadirəsi zamanı mülkiyyətçilərə kompensasiyaların veliməsində müəyyən dərəcə şəffaflığın artırılması.

Bu fəaliyyətlər üzrə əsas hədəf grupu və qərar qəbul edicilərə Vətəndaş Cəmiyyəti, mütəxəssislər, şirkətlər, gənc təqdiqatçılar və insan haqları müdafiəçiləri daxildir.  Monitorinq və tədqiqat fəaliyyətlərinin bir hissəsi kimi təşkilat  hesabatlar, mövqe sənədləri həmçinin dövlət qurumları, deputatlar, beynəlxalq təşkilatlar  və vətəndaş cəmiyyəti üçün tövsiyyələr hazırlayır və nəşr edir.

TV və radio verlişlər, qısa sənədli filmlər və sosial şəbəkələrdə yayılan mesajlar ictimai məlumatlılığı artırmaq üçün ən yaxşı vasitələr hesab olunur. Təşkilat sosial şəbəklərdən geniş surətdə istifadə edir və 20 –dən çox video materiallar təşkilatın Youtube və Facebook səhifələrində yerləşdirilib.

Daha effektiv nəticə üçün tərəfdaşlıq edən maraqlı tərəflərlə birlikdə  vəkillilik kampaniyaları həyata keçirilir. Təşkilatın tərəfdaşlıq etdiyi əsas maraqlı tərəflər: parlament üzləri, beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri, ombudsman aparatı, yerli və beynəlxalq vətəndaş cəmiyyəti şəbəkələridir.