"DÖVLƏT VƏSAİTLƏRİ ÜZƏRİNDƏ KƏNAR NƏZARƏT” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Yanvarın 17-də Azad İqtisadiyyata Yardım İctimai Birliyi tərəfdaşları Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu,İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi və İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq İctimai Birliyi ilə birlikdə “Dövlət vəsaitləri üzərində kənar nəzarət” mövzusunda konfrans keçirib. Konfrans tərəfdaş təşkilatların Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai maliyyəyə nəzarətin effektiv sistemi” layihəsi çərçivəsində təşkil olunub.

Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatalrın və səfirliklərin təmsilçiləriiqtisadçı-ekspertlər, QHT nümayəndələri daxil olmaqla 60-a yaxın iştırakçı, həmçinin millət vəkili Vahid Əhmədov və  Hesablama Palatasının Hüquq və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov iştirak edib.

Konfransı giriş sözü ilə açan Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirdi ki, konfrans dövlət büdcəsinə kənar nəzarəti həyata keçirən Hesablama Palatasının funksiya və səlahiyyətlərinin artırılması ilə bağlı tədqiqatların təqdimatına həsr olunub.

Konfransın giriş bölümündən sonra millət vəkili Vahid Əhmədovun sədrliyi ilə birinci panelə start verildi. Birinci panelin məruzəçisi İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Hesablama Palatasının işi ilə bağlı təqdimat etdi. Onun sözlərinə görə təqdimmatı hazırlayarkən həyata keçirdikləri sorğunun nəticələrinə görə, palatanın fəaliyyəti ilə bağlı məlumatlılıq aşağı səviyyədədir: “Təşkilatımızın 700 nəfər arasında keçirdiyi sorğuda iştirak edənlərin yalnız 23 faizi Hesablama Palatasının mövcudluğundan xəbərdardır. Qurumun hansı məqsədə xidmət etdiyi haqqında isə iştirakçıların yalnız 11.6 faizi məlumatlıdır. Üstəlik, palata ilə bağlı bilgisi olan vətəndaşların 94 faizi ali təhsilli, daha çox iqtisadi sferada fəal olan vətəndaşlardır”.

Rəşad Həsənov Hesablama Palatasının işində tapıntıları qeyd etdi: Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə rəy vermir; Palata dövlət büdcəsinə rəylər hazırlayarkən hansı metodologiyadan istifadə etdiyini açıqlamır; Palatanın fəaliyyəti yalnız daxili qiymətləndirməyə cəlb edilir. Kənar qiymətləndirmə aparılmır; Dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin dəyərinin sonrada artırılması halları HP-nın rəylərində təhlil edilmir; Hesablama Palatasının illik hesabatları qurumun rəsmi internet səhifəsində yerləşdirilmir və ictimai əlçatanlığı azdır;

Rəşad Həsənov qeyd etdi ki, Hesablama Palatasının rəylərində büdcənin gəlirlər hissəsində Neft Fondundan transfertlərin artımı, neft gəlirlərindən asılılıq kimi təhlükəli tendensiyalar qeyd edilmir.

Hesablama Palatasının nümayəndəsi Faiq Nəcəfov cavab olaraq bildirdi ki, dövlət büdcəsi üçün verilən ümumi rəyin içərisində Neft Fondunun büdcəsinə də rəy verilir. Neft Fondu üçün ayrıca rəy verilməsinə ehtiyac yoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə “Dövlət vəsaitlərinə dair parlament müzakirlərinin təhlili və tövsiyələr” mövzusunda danışdı. Qeyd etdi ki, konstitusiyada Hesablama Palatasının müstəqilliyi təsbit edilməlidir: “Palatanın ictimaiyyətlə, QHT-lərlə, media ilə əlaqələri genişləndirilməlidir”. Bundan başqa Vüqar Bayramov HP apardığı yoxlama nəticələrinin və aşkar olunan nöqsanlarla bağlı məlumatların qurumun internet səhifəsinə yerləşdirlməməsinin xeyli çətinliklər yaratdığına diqqət çəkib.

Birinci panelin sonunda Avropa Birliyi Komissiyasının Azərbaycan nümayəndəliyi, əməliyyatlar şöbəsinin müdiri Federico Berna çıxış etdi. O qeyd etdi ki, AB Azərbaycanda gedən bu prosesləri yaxından izləyir. "Biz dovlət qurumları ilə cəmiyyətin yaxınlaşması, daha açıq cəmiyyətin formalaşmasına çalışırıq. Ötən ilin bəzi göstəriciləri bizi tam qane etməyib və istəyərdik ki, bu göstəricilər daha yaxşı olsun".

Daha sonra Hesablama Palatasının nümayəndəsi Faiq Nəcəfovun sədrliyi ilə ikinci panel başladı.
İlk olaraq “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin eksperti Kənan Aslanlı  “İctimai vəsaitlər üzərində kənar nəzarət” mövzusunda məruzə etdi. Dünya maliyyəsinin 3 kənar audit modelindən bəhs edən Kənan Aslanlı Dövlət maliyyə sistemində müstəqil auditlə bağlı beynəlxalq təcrübədən danışdı. Kənan Aslanlı bildirdi ki, “İctimai maliyyəyə nəzarətin effektiv sistemi” layihəsi çərçivəsində onlar qonşu Türkiyə təcrübəsini öyrənmək üçün  Ankaraya səfər ediblər.  Türkiyədə Hesablama Palatasını əvəz edən Sayıştay ilə yaxından tanış olublar. Onun sözlərinə görə Sayıştay-ın işi ilə HP arasında xeyli oxşarlıq olsa da, Sayıştay Azərbaycan Hesablama Palatasından fərqli olaraq  performans auditi də həyata keçirir. 

Sonda Kənan Aslanlı yekun tövsiyələrini təqdim etdi: “Hesablama Palatası büdcə layihəsinə və icra büdcəsinə dair rəylərini parlamentə təqdim etdiyi kimi, yəni tam formada ictimaiyyətə açıqlamalıdır; Hesablama Palatası hesabatlılığın zəif olduğu xərcləmə istiqamətləri üzrə (hüquq-mühafizə orqanlarının xərcləmələri, dövlət investisiya layihələri və s.) ayrıca hesabatlar hazırlamalıdır; Hesablama Palatasının rəylərində və audit hesabatlarında büdcədənkənar fondlar və büdcədənkənar maliyyə əməliyyatları öz əksini tapmalıdır; Hesablama Palatası onun tövsiyyələri istiqamətində hökümətin hansı işləri gördüyü barədə ictimaiyyəti məlumatlandırmalıdır “

“Beynəlxalq Təcrübə və Azərbaycan üçün tövsiyələr” mövzusunda çıxış edən “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin sədri Zöhrab İsmayıl Hesablama Palatası üçün tərtib etdiyi 11 tövsiyəni diqqətə çatdırdı” Palatanın müstəqilliyi, fəaliyyət dairəsinin genişləndirlməsi, kənar nəzarət funksiyalarının artırılması, xərclənən vəsaitlərin effektivliyinin ölçülməsi, büdcədən dövlət şirkətlərinə ayrılan subsidiyalarla bağlı yoxlamaların aparılması və s. Zöhrab İsmayıl öz çıxışında vurğulaydı ki, Hesablama Palatlarının rəhbərinin və üzvlərin təyinatı, yenidən təyinatı, vəzifədən kənarlaşdırılması və təqaüdə göndərilməsi proseslərinin heç biri onları hökümətdən asılı hala gətirməməlidir. “Bu baxımdan, “Hesablama Palatası haqqında” Qanununun qurumun sədri, sədr müavini və auditorları ilə bağlı müddəaları əhatə edən 8, 9, 10-cu maddələrində əlavə və dəyişiklik edilərək həmin şəxslərin hökümət və parlament üzvlərindən tam müstəqilliyi prinsipi bir tələb kimi təsbit edilməlidir. Beynəlxalq normalara əsasən dövlət büdcəsində əks olunub olunmamasından asılı olmayaraq dövlətin bütün maliyyə əməliyyatları AAİ-nin audit yoxlamasının obyekti ola bilər. Odur ki, Hesablama Palatası bu səlahiyyətindən istifadə edərək büdcədənkənar fondların, xüsusilə Dövlət Neft Fondunun auditini apara bilməli və nəticələri ictimaiyyətə təqdim etməlidir. Hesablama Palatası haqqında” qanununun 16-cı maddəsinə əsasən vətəndaşların sorğusu əsasında maliyyə-büdcə ekspetizası keçirmək və rəyləri geniş ictimaiyyət üçün açıqlamaq müddəaları əlavə olunmalıdır.”

“Hesablama Palatasda fəaliyyəti ilə  bağlı qanunvericiliyin təhlili nəticələri və tövsiyələr” mövzusunda çıxış edən  İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu da öz çıxışında vurğuladı ki, qanunvericiliklə bağlı bütün sənədləri Hesablama Palatasının saytında tapmaq mümkündür. "Azərbaycan Respublikası Konstitutsiyasında  Lima bəyannaməsinə müvafiq olaraq Hesablama Platasının, onun üzvlərinin müstəqilliyinin zəruri səviyyəsi Konstitutsiyada təsbit olunmalıdır. Lima bəyannaməsinə görə,  Ali Audit Qurumunun müstəqilliyinin Konstitusiya və qanunla təsbit edilməsi  bu orqana hətta parlamentin nümayəndəsi kimi çıxış etdiyi və sonuncunun göstərişi ilə yoxlama keçirdiyi hallarda da yüksək muxtariyyətlə işləməyə imkan verir. Ali Audit Qurumu ilə parlament arasında olan qarşılıqlı münasibətlərə dair müddəalar Azərbaycan Respublikası Konstitusiya ilə müəyyən edilməlidir. Həmçinin  Hesablama Palatasının əsas audit səlahiyyətləri Konstitusiya ilə təsbit  olunmalıdır.” 

Təqdimatlardan sonra müzakirələr oldu. İqtisadçı Nazim Məmmədovun bildirdi ki, maliyyə-büdcə ekspertizası aparılması məqsədilə deputatların da Hesablama Palatasına müraciət etmək hüququ olmalıdır. “Hazırda isə prezidentin və ya Milli Məclisin tapşırığı olmadan palatanın iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır”Faiq Nəcəfov sonda konfransda HP-ın işi ilə bağlı səslənən fikirlərə münasibtini bildirdi. Qeyd edib ki, cəmi 12 illik tarixə sahib Hesablama Palatasını inkişaf etmiş Avropa ölkələridəki müvafiq qurumları müqayisə etmək doğru deyil. “Azərbaycan Hesablama Palatasını digər ölklərlə müqayisə etdilər. Biz də Almaniyadan mütəxəssislər dəvət edirik, onların təcrübəsini öyrənirik. Hazırda HP-a “2012-2014 Strateji İnkişaf Planı”nı hazırlayır. Bu layihə çərçivəsində də Almaniyadan qonağımız oldu.   Türkiyə, Fransa, İtaliya və bəzi başqa Avropa ölkələrində hesablama palatası məhkəmə sisteminin tərkib hissəsidir. Ancaq bizdə sistem fərqliliyi mövcuddur. Bununla belə hesab edirəm ki, Azərbaycanda da hesablama palatasına kifayət qədər səlahiyyətlər verilib. Palata aşkar etdiyi nöqsanlarla bağlı təqdimatlar verir. Həmin təqdimatlar qurumlar tərəfindən icra olunur. Icra edilməməsi hallarına rast gəlinmir. Buna baxmayaraq palata sədrinə əlavə səlahiyyətlər verilib ki, təqdimatlar icra olunmadıqda maliyyələşməni dayandırsın. Hələ ki, problemlər olmadığından bu məsələ tətbiq edilməyib. Yoxlama nəticələrinin saytda yerləşdirilməməsinə gəldikdə bunlar heç bir ölkədə dərc olunmur. Bununla belə mən qeydlər götürdüm.  Gələcək fəaliyyətimizdə konstitutsiyanıın bizə verdiyi hüquqlar çərçivəsində bu tənqidlərin aradan qaldırılması üçün çalışacağıq. “